ELM VƏ TƏHSİL


“Vikipediya” könüllüləri türk dünyası ilə bağlı yeni məqalələr yaradırlar

Bakı, 30 noyabr, AZƏRTAC

“Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi çərçivəsində məqalələrin zənginləşdirilməsi, yerləşdirilməsi və yeni mətnlərin yaradılması prosesi uğurla davam etdirilir. Könüllülər tərəfindən türk dünyasının tarixi, mədəniyyəti, ədəbiyyatı və memarlığını əhatə edən onlarla məqalənin “Vikipediya”da yerləşdirilməsi rəqəmsallaşan dünyada bu məlumatların əlçatanlığını daha da asanlaşdırır.

Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları“ qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib. O bildirib ki, layihə çərçivəsində könüllülər tərəfindən Balkar əsilzadə soyu Abayevlər, Çerek çayı, Balkar xalqının repressiya qurbanlarına həsr olunmuş abidə və Başqırd dramaturqu, yazıçı və şair Qadir Dayan haqqında məqalələr yaradılıb. Layihənin həyata keçirilməsində məqsəd türk dünyasını əhatə edən məqalələri elektron resursda zənginləşdirmək, cəmiyyətimiz üçün daha əlçatan etmək və müvafiq sahədə informasiya bazasını genişləndirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.