DÜNYA


Türkiyədə koronavirusla bağlı yeni sərtləşdirilmiş rejimin tətbiqinə başlanılıb

Ankara, 2 dekabr, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılma tempini nəzarətə almaq məqsədilə hökumətin qəbul etdiyi növbəti sərtləşdirilmiş rejimin tətbiqinə başlanılıb. Bu qərara əsasən dekabrın 1-dən etibarən həftənin ilk 5 günündə Türkiyə vaxtı ilə saat 21:00-dan 5:00-dək evdən çıxmaq qadağan edilir. Şənbə günü axşam 21:00-da başlanan “evdə qalmaq” kampaniyası bazar ertəsi saat 5:00-a qədər qüvvədə olacaq.

AZƏRTAC Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, yeni yoluxmalar və ölüm halları artmaqdadır. Belə ki, dekabrın 1-də ölkə üzrə 180 min 312 nəfər testdən keçirilib. Onlardan 30 min 110 nəfərində virus əlaməti aşkarlanıb, 6101 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 190 nəfər ölüb, 4593 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 506 min 966 nəfərdə virus aşkarlanıb, 13 min 936 nəfər ölüb. Ölkə üzrə testdən keçirilənlərin ümumi sayı 20 milyon nəfərə yaxınlaşır.

Qeyd edək ki, evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı, həmçinin 20 və daha aşağı yaş həddində olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməzlər. Bu yaş həddində olanlar bazar günü istisna olmaqla saat 13:00-dan 16:00-dək evdən çıxa bilərlər. Bundan başqa, maska taxmaq, təmizlik qaydalarına əməl etmək və sosial məsafə saxlamaq ən ciddi çağırışdır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.