İDMAN


UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna yekun vurulub

Bakı, 3 dekabr, Nicat Məmmədov, AZƏRTAC

Dekabrın 2-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun ikinci oyun günündə E, F, G, və H qruplarında görüşlər keçirilib.

H qrupunda yer alan Türkiyənin “Başakşehir” klubu Almaniyanın “Leypsiq” komandası ilə görüşüb. Rəqibinə 3:4 hesabı ilə uduzan İstanbul təmsilçisi səkkizdəbir finala çıxmaq şansını itirib. Matçda ilk qol 26-cı dəqiqədə vurulub. Qonaqlardan Marsel Zabitser komandasını önə çıxarıb. Görüşün 43-cü dəqiqəsində Nordi Mukiele fərqi 2 topa çatdırıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə "Başakşehir"in heyətində İrfan Can Kahveci buraxılan qollardan birinin əvəzini çıxıb. Komandalar fasiləyə bu hesabla yollanıblar. Oyunun 66-cı dəqiqəsində "Leyptsiq" 3-cü dəfə Türkiyə klubunu cəzalandırıb. Altı dəqiqə sonra Kahveci dubl edib. Yarımmüdafiəçi 85-ci dəqiqədə daha bir qol vuraraq, het-trikini rəsmiləşdirib. Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə isə qonaqların heyətində Aleksander Sörlot son nöqtəni qoyub. Bu qələbədən sonra xallarını 9-a çatdıran "Leyptsiq" 3-cü pilləyə qalxıb. "Başakşehir" isə 3 xalla sonuncudur.

Bu qrupun digər oyununda “Paris Sen-Jermen” (Fransa) səfərdə “Mançester Yunayted” (İngiltərə) komandasından üstün olub - 1:4. Beləliklə, beş turdan sonra “Paris Sen-Jermen”, “Mançester Yunayted” və “Leyptsiq”in 9 xalı var. Bu qrupun taleyi son turda həll olunacaq.

E qrupunda isə Rusiya "Krasnodar"ı evdə Fransanın "Renn" klubuna 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 71-ci dəqiqə Markus Berq vurub. Bu qələbədən sonra 4-cü xalını qazanan meydan sahibləri UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni təmin ediblər.

Qrupun digər oyununda ötən tur səkkizdəbir finala vəsiqələrini təmin edən “Çelsi” və “Sevilya” komandaları üz-üzə gəlib. Görüş London təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 0:4.

Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

F qrupu

"Borussiya" (Dortmund, Almaniya) - "Latsio" (İtaliya) - 1:1;

"Brügge" (Belçika) - "Zenit" (Rusiya) - 3:0.

Xal durumu: "Borussiya" (Dortmund) - 10, "Latsio" - 9, "Brügge" - 7, "Zenit" - 1.

G qrupu

"Yuventus" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:0;

"Fenertsvaroş" (Macarıstan) - "Barselona" (İspaniya) - 0:3.

Xal durumu: "Barselona" - 15, "Yuventus" - 12, "Dinamo" (Kiyev) - 1, "Ferentsvaroş" - 1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.