DÜNYA


ÜST Braziliyada COVID-19 pandemiyası ilə bağlı vəziyyətin çox təhlükəli olduğunu bildirib

Madrid, 3 dekabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirilən mətbuat konfransında Braziliyada yeni koronavirus növünün səbəb olduğu ölüm və yoluxma sayının artması ilə əlaqədar vəziyyəti çox narahatedici hal kimi səciyyələndirib.

AZƏRTAC xəbər verir ki, Baş direktor Braziliyada həftədə 319 min yeni yoluxma hadisəsinin qeydə alındığı ən kritik məqamı xatırladıb. T. Qebreyesusa görə bu rekord hədd sayılır: “Braziliya vəziyyətə çox ciddi yanaşmalıdır. Bu, çox ciddi haldır”.

Braziliyada son 24 saat ərzində 21 min 138 yoluxma faktı qeydə alınıb ki, bunun da 299-u ölümlə nəticələnib.

Sao Paulo yoluxanların sayına (1 milyon 241 min 653 nəfər) görə hələ də Braziliyanın ən öndə gedən ştatıdır. Onun ardınca Minas Jerays (416 min 335 nəfər), Baiya (403 min nəfər) və Rio-de-Janeyro (354 min 354 nəfər) ştatları gəlir.

Təxminən 212 milyon əhalisi olan Braziliya dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biridir. Qeyd edək ki, koronavirusdan ölənlərin sayına (6,3 milyondan çox yoluxma faktına nisbətdə 173-dən çox ölüm hadisəsi) görə Braziliya ABŞ-dan sonra ikincidir.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.