İDMAN


Unibank Premyer Liqasında fevralın ən yaxşı oyunçusu müəyyənləşmişdir

Bakı, 15 mart (AZƏRTAC). Martın 15-də Unibank Premyer Liqasında fevralın ən yaxşı oyunçusu müəyyənləşmişdir. Bakının “Qarabağ” futbol klubunun hücumçusu Əfran İsmayılov “Ayın futbolçusu” seçilmişdir.

AZƏRTAC xəbər verir ki, “Ayın futbolçusu” “Unibank”ın təşəbbüsü ilə futbol klublarının baş məşqçiləri, komandaların kapitanları və idman jurnalistləri arasında Peşəkar Futbol Liqası (PFL) tərəfindən keçirilən sorğuya əsasən müəyyənləşmişdir.

Sorğuda liqanın 12 peşəkar futbol klubu və 33 kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. 24 yaşlı futbolçu jurnalistlər arasında səslərin 33 faizini toplamışdır.

Futbolçuya PFL və “Unibank”ın hədiyyələri və pul mükafatı təqdim olunmuşdur.

“Ayın futbolçusu” nominasiyası “Unibank” və PFL arasında 2009-cu ilin sentyabrında imzalanmış sponsorluq müqaviləsindən sonra bankın təşəbbüsü ilə təsis olunmuşdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.