QAN YADDAŞI


İstiqlal Muzeyində şagirdlər üçün 20 Yanvar faciəsinə həsr olunmuş açıq dərs təşkil edilib

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “İstiqlala gedən yol” adlı onlayn açıq dərs təşkil edilib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli açıq dərsdə 1990-cı ilin 20 yanvar hadisəsi, xalqımızın istiqlal arzusu və bu yolda üzləşdiyi çətinliklər, eləcə də şəhidlər barədə məlumat verib.

Sonra muzeyin elmi işçisi Aynurə Tağıyeva 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfər və 1990-cı il 20 yanvarın qəhrəmanlıq tarixi mövzusunda mühazirə oxuyub.

Məktəblilər 20 Yanvar faciəsinə həsr edilmiş bədii kompozisiyalar nümayiş etdiriblər. Açıq dərs Bakının Nəsimi rayonundakı A.Novruzbəyli adına 46 nömrəli orta məktəbin, Xırdalan şəhər 10 nömrəli, Xəzər rayon 26 nömrəli, Şabran şəhər S.Zülfüqarov adına 3 nömrəli və R. Yusifov adına 2 nömrəli tam orta məktəblərin, həmçinin Tovuz rayonundakı N.Tusi adına texniki təmayüllü məktəb-liseyin müəllim və şagirdlərinin iştirakı ilə keçirilib.

Muzeyin 20 Yanvar faciəsinə həsr edilən daimi guşəsinə şagirdlər üçün ekskursiya da təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.