MƏDƏNİYYƏT


Milli Kitabxana “20 Yanvar – Qan Yaddaşımız” adlı virtual sərgi hazırlayıb

Bakı, 19 yanvar, AZƏRTAC

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “20 Yanvar – Qan Yaddaşımız” adlı virtual sərgi hazırlayıb.

AZƏRTAC xəbər verir ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Qanlı Yanvar haqqında fikirləri, 20 Yanvar faciəsi haqqında kitablar, dövri-mətbuat səhifələrində dərc olunan materiallar və fotolar əks olunub.

Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Bizim xalqımız 20 Yanvar gününü heç vaxt unutmayacaq. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi. Bu, bütün Azərbaycan xalqına, Azərbaycan ölkəsinə edilən təcavüzdür. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanıdır, onlar millətimizin qəhrəmanlarıdır”.

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.