DÜNYA


Türkiyədə FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən hərbçilərin saxlanılması istiqamətində daha bir əməliyyat keçirilir

İstanbul, 19 yanvar, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində daha bir genişmiqyaslı əməliyyat keçirilir.

AZƏRTAC xəbər verir ki, başda İzmir olmaqla ölkənin 60 vilayətində paralel keçirilən əməliyyatlar Silahlı Qüvvələrin terror təşkilatları ilə əlaqəsi olmaqda şübhəli bilinən 238 üzvünün saxlanılması məqsədilə aparılır. Onlardan 218-i hazırda fəaliyyətdə olan və əksəriyyəti yüksək rütbəli hərbçilərdir.

Təqsirləndirilən şəxslərin FETÖ-nün məsul şəxsləri ilə telefon əlaqəsi yaratdıqları müəyyən olunub.

Əməliyyatlar davam etdirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.