ELM VƏ TƏHSİL


“Unutmadıq! Unutmayacağıq!” onlayn respublika şeir müsabiqəsinə yekun vurulub

Bakı, 19 yanvar, AZƏRTAC 

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Unutmadıq! Unutmayacağıq!” adlı onlayn respublika şeir müsabiqəsinə yekun vurulub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin əsas məqsədi 20 Yanvar faciəsi haqqında uşaq və gəncləri məlumatlandırmaq, şəhidlərimizin xatirəsini yad etmək, istedadlı uşaqların yaradıcılıq potensialını üzə çıxartmaq, uşaq və gənclərdə hərbi vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət olub.

COVID-19 pandemiyası ilə əlaqədar onlayn platformada keçirilən müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-18) üzrə 2 mərhələdə keçirilib. Müsabiqədə respublikamızın regionlarında və Bakı şəhərində fəaliyyət göstərən 52 uşaq-gənclər inkişaf mərkəzi tərəfindən 200-ə yaxın şeir nümunəsi göndərilib.

Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilərək 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.