QAN YADDAŞI


Dubaydakı baş konsulluğumuzda 20 Yanvar qurbanlarının xatirəsi anılıb

Dubay, 20 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Dubaydakı baş konsulluğunda xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Baş konsul Cavidan Hüseynov çıxış edərək bildirib ki, 20 Yanvar hadisələri xalqımızın müstəqillik əzminə mane ola bilmədi və müasir Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi kimi daxil oldu. O əlavə edib ki, ümummilli lider Heydər Əliyev xüsusi nəzarət altında olmasına baxmayaraq, faciə baş verdikdən dərhal sonra - 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib və böyük cəsarət göstərərək SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirməklə yanaşı, həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.

Baş konsul vurğulayıb ki, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını davam etdirən və 44 günlük Vətən müharibəsini Qələbə ilə başa vuran Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev ərazi bütövlüyümüzü bərpa edərək şəhidlərimizin qanını yerdə qoymadı.

Tədbirin sonunda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.