QAN YADDAŞI


Bakı sakini: Biz şəhidlərimizi qürurla anırıq

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutur. Hər il faciənin ildönümündə xalqımız Şəhidlər xiyabanına axışaraq Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçən mərd oğulların xatirəsini yad edir, məzarları üstünə al qərənfillər düzür. Biz şəhidlərimizi qürurla anırıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı sakini Məhəmməd Paşayev bildirib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində gənclərimiz, hərbçilərimiz silaha sarılaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdilər: “Neçə-neçə oğullar ərazi bütövlüyümüz uğrunda canlarından keçdilər. Şəhidlik yüksək və müqəddəs zirvədir və bu zirvə hər kəsə nəsib olmur. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!”.

M.Paşayev qeyd edib ki, biz nəinki 20 Yanvar şəhidlərinin, Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizi unutmamalı və onların xatirəsini daim əziz tutmalıyıq. Bu, bizim vətəndaşlıq borcumuzdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.