CƏMİYYƏT


Şəmkir rayonunda yaxın qohumunu odlu silahla qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 21-də saat 20 radələrində Şəmkir rayonunun Qədimqala kənd sakini 1985-ci il təvəllüdlü Alıyev Bəxtiyar Adil oğlunun odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Şəmkir Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış̧ keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin dayısı oğlu 1980-ci il təvəllüdlü Aslanov Vasif Elman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış̧ mübahisə zamanı ov tüfəngindən atəş açaraq Bəxtiyar Alıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilibdir.

Vasif Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş̧ üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.