ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində 2 mindən çox namizəd uğur qazanıb

Bakı, 22 yanvar, AZƏRTAC

Ötən il dekabrın 14-24-də keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinin iştirakçılarına dair statistik təhlil aparılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təhlil zamanı onlayn müsahibə mərhələsində iştirak edən və uğur qazanan namizədlər müxtəlif aspektlərdən araşdırılıb. Namizədlərin yaşa, cinsə görə bölgüsü aparılıb, imtahan nəticəsi və müsahibədəki performansı müqayisə olunub, həmçinin tədris bölməsi, bal ortalaması və digər statistik nəticələri qeyd olunub.

Onlayn müsahibələrdə ümumilikdə 2 min 197 namizəd iştirak edib, onlardan 2 min 61 nəfəri uğur qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.