CƏMİYYƏT


FHN-in modul tipli hospitalında qəhrəman həkimlərimizin COVID-19-a qarşı mübarizəsi davam edir VİDEO

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkə vətəndaşlarının sağlamlığının qorunmasına göstərdikləri xüsusi diqqət və qayğının növbəti təzahürü olaraq, fəaliyyəti yüksək səviyyədə təşkil edilmiş Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalında COVID-19 infeksiyasına yoluxmuş xəstələrin müalicəsi davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ən müasir standartlara uyğun texniki vasitə və avadanlıqla təchiz olunmuş modul tipli hospitalda infeksiya, habelə onun törətdiyi fəsadlarla gecə-gündüz mübarizə aparan yüksək ixtisaslı peşəkar heyət çalışır.

Tibbi və texniki heyətin artıq gündəlik həyat tərzinə çevrilmiş bu gərgin və fasiləsiz iş rejimi hazırlanmış qısa videomaterialda təqdim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.