DÜNYA


Türkiyə şirkəti Dnepr çayı üzərində yeni körpü inşa edəcək

Kiyev, 23 yanvar, AZƏRTAC

Türkiyənin “Doğuş İnşaat ve Ticaret A.Ş.” şirkəti Ukraynada Kremençuk körpüsünün tikintisi üzrə hərracın qalibi olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Avtomobil Yolları Dövlət Agentliyi (“Ukravtodor”) məlumat yayıb.

“Layihələndirmədə həm müasir qlobal yanaşmaları, həm inşaat sahəsini, həm də yerli istehsalçıların tələbatını nəzərə alan Kremençuk körpüsü nümunəvi layihə olmalıdır. Körpünün inşasında əsasən (95 faiz) Ukraynada istehsal edilən materiallardan istifadə olunacaq”, - deyə “Ukravtodor”un rəhbəri Aleksandr Kubrakov bildirib.

Yeni körpü Dneprin sağ sahilində Н-08 yolu, sol sahilində isə Kremençukun hazırkı küçə şəbəkəsi ilə birləşəcək. Bu hissələrdə nəqliyyat qovşağının müxtəlif səviyyələrdə tikintisi nəzərdə tutulur. Tikililərin ümumi uzunluğu 3 kilometrdən çox olacaq.

Kremençukda Dneprin iki sahilini Rusiya imperiyası dövründə inşa edilmiş Kryukov körpüsü birləşdirir. Sözügedən körpüdə sonuncu dəfə genişmiqyaslı bərpa işləri 1949-cu ildə aparılıb. Hazırda həmin körpü qəzalı vəziyyətdədir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.