İDMAN


Luis Felipe Skolari “Kruzeyro”dan gedib

Bakı, 26 yanvar, AZƏRTAC

Dünya futbolunun ən titullu baş məşqçilərindən, 2002-ci ildə Braziliya millisinə dünya çempionluğu qazandırmış Luis Felipe Skolari “Kruzeyro”dan gedib.

AZƏRTAC xəbər verir ki, ötən il bu vəzifəyə təyin edilmiş braziliyalının müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, 72 yaşlı Skolari 2000-2001-ci il mövsümündə də bu komandaya rəhbərlik etmişdi. Daha sonra isə Braziliya millisinin sükanı arxasına keçərək karyerasının ən böyük nailiyyətini qazanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.