DÜNYA


Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub

Moskva, 26 yanvar, AZƏRTAC

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub.

AZƏRTAC Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydeni prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Söhbət zamanı V.Putin bildirib ki, Rusiya ilə ABŞ arasında əlaqələrin normallaşması həm iki ölkənin, eləcə də beynəlxalq birliyin maraqlarına cavab verər.

Prezidentlər Strateji Hücum Silahları haqqında Sazişlə əlaqədar əldə olunmuş razılıqdan məmnunluqlarını ifadə ediblər. Tərəflər ikitərəfli münasibətlər, habelə beynəlxalq gündəmlə bağlı aktual məsələləri, o cümlədən ABŞ-ın Açıq Səma Sazişindən birtərəfli şəkildə çıxması, İranın nüvə proqramı, Ukrayna böhranının nizama salınması, Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının sammitinin çağırılması məsələlərini müzakirə edib, koronavirus pandemiyası, iqtisadi-ticari sahədə əlaqələri nəzərdən keçiriblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.