İDMAN


Yaponiya hökuməti Olimpiya Oyunlarına 10 minə yaxın tibb işçisi cəlb etməyi planlaşdırır

Bakı, 27 yanvar, AZƏRTAC

Yaponiya hökuməti Tokio Yay Olimpiya Oyunları zamanı 10 minə yaxın tibb işçisini cəlb etməyi planlaşdırır.

AZƏRTAC “Asahi” qəzetinə istinadla xəbər verir ki, bunu Yaponiyanın Olimpiya və Paralimpiya oyunları üzrə naziri Seyko Haşimoto bildirib. S.Haşimoto bu mütəxəssislərin Olimpiadaya cəlb edilməsinin yerli tibb müəssisələrinin işinə zərər verməyəcəyini də vurğulayıb.

Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Ancaq pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Olimpiadanın iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.