DÜNYA


Türkiyədən Rusiyaya gedən yük gəmisi İstanbulda saya oturub

İstanbul, 27 yanvar, AZƏRTAC

Türkiyədən Rusiyaya gedən Panama bayraqlı "Petra Star" adlı yük gəmisi mühərrik bölümündə yaranan nasazlıq səbəbindən İstanbulun Beykoz sahilində saya oturub.

AZƏRTAC xəbər verir ki, gəmi İstanbuldan Rusiyanın Qafqaz limanına doğru hərəkət edirmiş. Panama bayrağı altında üzən gəminin uzunluğu 190 metrdir.

Kapitanın yaranan nasazlıqla bağlı məlumatından sonra gəminin yerləşdiyi əraziyə Türkiyənin Sahil Mühafizə Baş İdarəsinə məxsus 19 xilasedici gəmi cəlb olunub.

Xilasetmə işləri davam etdirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.