İDMAN
16 FEVRAL
1873-cü il. Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, ilk ali təhsilli azərbaycanlı memar Zivərbəy Əhmədbəyovun doğum günüdür (1873-1925). O, 1902-ci ildə Peterburq mülki mühəndislər institutunu bitirib. 1918-1922-ci illərdə Bakının baş memarı olub. Bakıdakı Təzəpir məscidi, Əmircandakı Murtuza Muxtarov məscidi, Şamaxıda Cümə məscidi, Bakı və Şamaxıda məktəb, xəstəxana, bir sıra yaşayış evləri onun layihələri əsasında ucaldılıb. | |
1945–ci il. Görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Sarabski vəfat edib (1879 - 1945). "Leyli və Məcnun" operasında Məcnun rolunun ilk və uzun illər (30 ildən artıq) əvəzsiz ifaçısı olub. |