REGİONLAR
Kürdəmirdə yolkənarı iaşə obyektlərində reyd keçirilib VİDEO






Kürdəmir, 9 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şamaxı regional bölməsinin əməkdaşları Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsindəki yolkənarı iaşə obyektlərində reyd keçirib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reyd zamanı 15-ə yaxın obyektdə sanitar-gigiyenik vəziyyət öyrənilib. Baxış zamanı həmin obyektlərin əksəriyyətində COVID-19 təhlükəsi ilə əlaqədar karantin rejimi qaydalarının pozulduğu, sanitar-gigiyenik normalara əməl edilmədiyi aşkar olunub. Müəyyən edilib ki, bəzi restoran və kafe sahiblərinə bu pozuntular barədə dəfələrlə xəbərdarlıq olunsa da, heç bir nəticə çıxarılmayıb.
Reyd zamanı 2 obyektin fəaliyyəti məhdudlaşdırılıb, 3 obyekt sahibi cərimələnib. Habelə, 5 obyekt sahibinə xəbərdarlıq edilib, qalan sahibkarlarla maarifləndirici söhbət aparılıb. Obyekt sahiblərinə Qida Təhlükəsizliyi Agentliyinin tətbiq etdiyi qaydalara ciddi şəkildə əməl etmək tövsiyə olunub.