DÜNYA


Yerevanda etirazçılar parlament binası qarşısında barrikadalar qurub

Bakı, 25 fevral, AZƏRTAC

Yerevanda Nikol Paşinyanın istefasını tələb edən etirazçılar parlament binası qarşısında barrikadalar qurub.

AZƏRTAC “Sputnik Armeniya” agentliyinə istinadla xəbər verir, bu barədə Ermənistanın müxalifət birliyinin nümayəndəsi İşxan Saqatelyan məlumat verib. “Biz barrikadalarla hər iki tərəfdən Baqramyan prospektini bağlamışıq”, - deyə o bildirib.

Ermənistanın müxalifət birliyinin nümayəndəsi, həmçinin müxalifətçilərin çadır qurmağa və tonqal qalamağa davam etdiklərini də deyib. Onun sözlərinə görə, aksiya iştirakçıları parlament binası qarşısında gecələməyi düşünür.

Bir qədər əvvəl İşxan Saqatelyan etiraz aksiyalarının baş nazir Nikol Paşinyan istefa verənə qədər davam edəcəyini vurğulamışdı.

Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələrinin baş qərargahı Nikol Paşinyanın istefasını tələb edib və onu öz xalqına qarşı güc işlətməkdən çəkinməyə çağırıb. Buna səbəb baş nazirin təklifi ilə baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın vəzifədən azad edilməsi olub.

Nikol Paşinyan isə öz növbəsində istefa tələbini dövlət çevrilişinə cəhd kimi dəyərləndirib və baş qərargah rəisi Onik Qasparyanı könüllü olaraq istefa ərizəsi yazmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.