QAN YADDAŞI


Ottava şəhərindəki “Qarabağ” Azərbaycan dili məktəbində Xocalı soyqırımından danışılıb

Bakı, 25 fevral, AZƏRTAC

Kanadanın Ottava şəhərində fəaliyyət göstərən "Qarabağ” Azərbaycan dili məktəbinin növbəti dərsi "Xocalını unutmadıq!" mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərsdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin təsisçisi və rəhbəri Vüsalə Əhmədova şagirdlərə Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib və erməni silahlı qüvvələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyilə dinc azərbaycanlılara, eləcə də uşaqlara və körpələrə qarşı insanlığa sığmayan dəhşətli cinayət törətdiklərini nəzərə çatdırıb. Qeyd edib ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyindən indiyədək xəbər yoxdur.

Sonra şagirdlər Xocalı soyqırımına həsr olunmuş "Can Xocalı" şeirini səsləndirib və çəkdikləri rəsmləri nümayiş etdiriblər.

Qeyd edək ki, Kanadanın Ottava şəhərindəki “Qarabağ” Azərbaycan dili məktəbində şəhər və ətraf bölgələrdə yaşayan azərbaycanlı ailələrin uşaqlarına doğma dilimiz tədris edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.