DÜNYA


Nikol Paşinyan konstitusiyaya dəyişiklik təşəbbüsü irəli sürəcəyini bildirib

Bakı, 1 mart, AZƏRTAC

Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin oktyabr ayında ölkənin yarı prezident idarəetmə üsuluna keçidi üçün konstitusiyaya dəyişiklik edilməsi təşəbbüsü irəli sürəcəyini bəyan edib.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Nikol Paşinyan bu barədə respublika meydanında keçirilən mitinqdə tərəfdarları qarşısında çıxış edərkən bildirib. Paşinyan, həmçinin Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazır olduğunu da deyib.

Meydana baş nazirin 10 min nəfərdən çox tərəfdarı toplaşıb. Nikol Paşinyan ilə yanaşı ,onun həyat yoldaşı və qızları da aksiya iştirakçılarının qarşısına çıxıb.

Baş nazir mitinqdən sonra tərəfdarları ilə birgə Yerevanın mərkəzi küçələrində yürüş keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.