DÜNYA


Gürcüstan strateji neft-qaz kəmərlərinin mühafizəsini gücləndirir

Tbilisi, 6 mart, AZƏRTAC

Gürcüstan ölkə ərazisindəki irimiqyaslı və beynəlxalq əhəmiyyətli obyektlərin, eləcə də strateji neft-qaz kəmərlərinin mühafizəsini fəal şəkildə gücləndirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdəki çıxışı zamanı söyləyib.

O bildirib ki, Gürcüstanın strateji neft-qaz kəmərlərinin mühafizəsinin və təhlükəsizliyinin təmin olunmasında Daxili İşlər Nazirliyinin Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamenti mühüm rol oynayır. Departament bundan sonra da fəal olacaq, onun maddi-texniki bazası daha da gücləndiriləcək.

Nazir deyib ki, departamentin Tabatskuri gölü yaxınlığındakı yeni bazasının tikintisi yekunlaşıb, Marneuli və Supsadakı bazalarında bərpa işləri aparılıb. Bu il Tsalka, Axaltsixe və Tsixiscvaridə döyüş bölmələrinin atəş hazırlığı və infrastruktur layihələri planlaşdırılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.