İQTİSADİYYAT


“Wood Mackenzie”: Apreldə neft qiymətləri 70-75 dollara yüksələ bilər

Bakı, 6 mart, AZƏRTAC

OPEC və kartelə daxil olmayan bəzi neft istehsalçısı ölkələrindən ibarət “OPEC+” qrupunun mövcud hasilat məhdudiyyətlərinin daha bir ay uzadılması ilə bağlı qəbul etdiyi qərar fonunda neft qiymətlərinin aprel ayında 70-75 dollar/barrelə yüksələcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu proqnozla mərkəzi ofisi Şotlandiyada yerləşən “Wood Mackenzie” tədqiqat və konsaltinq şirkəti çıxış edib.

Şirkətə görə, qlobal xam neft ehtiyatları apreldən etibarən azalacaq. Cari ildə qlobal neft tələbatı keçən ilə nisbətən gündəlik 6 milyon 300 min barrel artacaq.

“Wood Mackenzie” Rusiya və Qazaxıstanın neft hasilatındakı artımlar nəzərə alınmadığı təqdirdə “OPEC+”un aprel ayında istehsalı artırmamasının yaz mövsümünün yaxınlaşması ilə ehtiyatların sutkalıq 1 milyon barreldən çox azalmasına səbəb olacağını gözləyir. “OPEC+”un qərarından sonra neft ehtiyatlarında gözlənilən azalma isə tələb-təklif tarazlığını təmin edəcək. Nəticədə neft qiymətlərinin aprel ayında 70-75 dollar/barrelədək yüksələcəyi proqnozlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.