MƏDƏNİYYƏT
“Ulduz”un fevral nömrəsi – Qarabağ esseləri
Bakı, 8 mart, AZƏRTAC
“Ulduz”un fevral nömrəsində hisslərin, duyğuların, yaddaşın, yaşantıların söz naxışı – Qarabağ esseləri çap olunub.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi ədəbiyyatşünas-esseist Azər Turanın, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimovanın, ədəbiyyatşünas-esseist Rüstəm Kamalın esseləriylə açılır. Təranə Vahidin, Vahid Qazinin, Günay Səma Şirvanın, Mirmehdi Ağaoğlunun, Sevinc Nuruqızının, Cəlil Cavanşirin, Laura Cəbrayıllının, Günel Natiqin, Əbülfət Mədətoğlunun, Ramilə Qurbanlının, Tural Turanın, Rəfail Tağızadənin, Nilufər Şıxlının, Murad Muradovun, Ramin Əhmədlinin, Leyla Nazlının, Mənsurə Qaçayqızının, Şahanə Müşfiqin, Pərviz Axundun, Mina Rəşidin, Günel Mehrinin, Arzu Qazıyevanın, Xanım Aydının, Sərdar Aminin və neçə-neçə qələm adamının esseləri Qarabağ sevgisini günümüzə daşıyır.
Qarabağ ətirli “Ulduz”u oxuyun!