İDMAN


Qadın güləşçilərimiz Almaniyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış etmişlər

Bakı, 29 may (AZƏRTAC). Almaniyanın Dormagen şəhərində keçirilən qadın güləşçilər arasında ənənəvi beynəlxalq turnir başa çatmışdır.

AZƏRTAC xəbər verir ki, böyük məşqçi Qrek İqnatın rəhbərliyi altında yarışa yollanan 3 idmançımızın ikisi fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış güləşçilərimiz Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (55 kq) qızıl medala sahib olmuşlar.

Yığmamızın lideri olan M.Stadnik Hekane Senası (İspaniya), Mersedes Deneşi (Macarıstan) və Vanes Kolodzinskini (Belarus) məğlubiyyətə uğradaraq finala çıxmış və həlledici görüşdə Yulit Omelyusiki (Polşa) də məğlub edərək turnirin qalibi olmuşdur.

Y.Ratkeviç isə Natalya Mosloputsko (Belarus), Karlina Veçerçi (Polşa), Sara Dakol (İtaliya) və Nadya Mixalkova (Belarus) üzərində qələbə qazanaraq turnirin baş mükafatını qazanmışdır.

Patimat Baqomedova (51 kq) ilk görüşündə almaniyalı Laura Mertensdən güclü olsa da, növbəti mərhələdə bu ölkənin digər təmsilçisi Hine Hemmerə məğlub olmuşdur. Bürünc medal uğrunda görüşdə fransalı Marion Şatonla qarşılaşan güləşçimiz ona qalib gəlməklə üçüncü yerə sahib olmuşdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.