REGİONLAR


Göyçayda bu günədək 8333 nəfərə koronavirus peyvəndi vurulub

Göyçay, 12 aprel, AZƏRTAC

Göyçay rayonunda vətəndaşların COVID-19 infeksiyasına qarşı peyvənd olunması davam edir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, Göyçayda bu günədək 8333 nəfər peyvənd olunub, onlardan 3075 nəfərinə ikinci doza vurulub. Vaksinasiya edilənlərin 1085 nəfəri yaşı 65-dən yuxarı, 3036 nəfəri 50-65 yaş arası, 724 nəfəri 40-49 yaş arası, 413 nəfəri yaşı 40-dan aşağı olan sakinlərdir.

Qeyd edək ki, COVID-19 infeksiyasının təhlükəsi, o cümlədən son vaxtlar yoluxma sayının artması, belə bir vəziyyətdə vaksinasiyanın zəruriliyi ilə bağlı rayonda maarifləndirmə işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.