İDMAN


Evander Holifild Kevin Makbrayd ilə nümayiş xarakterli döyüş keçirəcək

Bakı, 12 aprel, AZƏRTAC

Amerikalı boksçu Evander Holifild 47 yaşlı irlandiyalı Kevin Makbrayd ilə nümayiş xarakterli döyüş keçirəcək.

AZƏRTAC xəbər verir ki, qarşılaşma iyunun 5-də baş tutacaq. Boksçular qarşılaşmaya dəbilqəsiz çıxacaqlar və döyüş hər biri 2 dəqiqə olmaqla 8 raund davam edəcək.

E.Holifild Mayk Taysonla döyüş təşkil etməyə çalışsa da, tərəflər razılığa gələ bilməyiblər. E.Holifild M.Taysonla iki dəfə qarşılaşıb və hər ikisində ona qalib gəlib.

Holifild son döyüşünü 2011-ci ildə keçirib. Aktivində 44 qələbə və 10 məğlubiyyət var. İrlandiyalı boksçu isə karyerası ərzində keçirdiyi 46 döyüşün 35-də qələbə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.