İDMAN


Azərbaycan Premyer Liqasında XIII tura start verilib

Bakı, 16 aprel, Nicat Məmmədov, AZƏRTAC

Aprelin 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

AZƏRTAC xəbər verir ki, günün ilk oyununda “Səbail” lider “Qarabağ”ı qəbul edib. “ASCO Arena”dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Amil Yunanov 37-ci dəqiqədə penaltidən hesabı açıb. 42-ci dəqiqədə isə Uroş Matiç Ağdam təmsilçisinin bərabərlik qolunu vurub.

Xallarının sayını 47-yə çatdıran "Qarabağ" liderliyini davam etdirir. “Səbail” isə 21 xalla 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, günün digər matçında “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək. Tura aprelin 17-də oynanılacaq “Neftçi”–“Zirə” və “Keşlə”-“Sabah” matçları ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.