İQTİSADİYYAT
175 nömrəli marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirilib
Bakı, 20 iyun, Elvin Camalov, AZƏRTAC
175 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, dəyişikliyə əsasən, 175 nömrəli marşrut xətti üzrə Nobel prospekti, İzzət Orucova küçəsi, Xocalı prospekti ilə hərəkət edən avtobuslar bundan sonra İzzət Orucova küçəsinə daxil olmadan Nobel prospekti, Nəcəfqulu Rəfiyev küçəsi, Xocalı prospekti ilə hərəkət edəcək. Dəyişiklik edilməsi ilə bağlı qərar Nəcəfqulu Rəfiyev küçəsi sakinlərinin Bakı Nəqliyyat Agentliyinə ünvanlanan çoxsaylı müraciətləri nəzərə alınaraq qəbul edilib.
M.Ağayev qeyd edib ki, hazırda 175 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sınaq məqsədilə yenilənmiş trayektoriya ilə hərəkət edir.