İQTİSADİYYAT


® “Rabitəbank” valideyn himayəsindən məhrum uşaqları sevindirib

Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə fərqlənən “Rabitəbank” bu dəfə uşaq sığınacağında məskunlaşmış uşaqları öz diqqət və qayğısı ilə sevindirib.

Ötən ay Novruz bayramı münasibətilə elan edilmiş sosial kampaniya çərçivəsində aprel ayının ortalarınadək “Kartmane” debet kartının satışından əldə edilən gəlirin bir hissəsi uşaq sığınacağına sovqatların aparılması üçün ayrılıb. Toplanan vəsait hesabına uşaqlar üçün geyim, oyuncaqlar və sığınacaq üçün lazımi məişət texnikası alınaraq Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə təhvil verilib. “Rabitəbank”ın nümayəndələri sığınacaqdakı uşaqları və kollektivi ziyarət edib, onlara müxtəlif hədiyyələr təqdim edərək sevinc hissi yaşadıblar.

Bank tərəfindən illərdir həyata keçirilən “Korporativ Sosial Məsuliyyət” proqramının məqsədi sosial təminatı zəif və kimsəsiz uşaqlara, həssas əhali qruplarına müxtəlif istiqamətlərdə dəstək olmaq, daim diqqətdə saxlamaq və təbəssümlərinin səbəbi olmaqdır.

“Rabitəbank” bu addımın timsalında xüsusən sosial həssas əhali qruplarının ehtiyaclarının qarşılanması məqsədilə təşəbbüskar aksiyalarını davam etdirəcək.

“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.