İDMAN


Yaponiya tamaşaçılarının “Tokio-2020”də iştirakı ilə bağlı son qərar iyunda veriləcək

Bakı, 21 aprel, AZƏRTAC

Yaponiya tamaşaçılarının Tokio Olimpiadası zamanı idman məkanlarına buraxılması ilə bağlı son qərar iyun ayında veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Bundan əvvəl tamaşaçıların qəbulu ilə bağlı qərarın aprel ayında veriləcəyi gözlənilirdi. Lakin koronavirusla bağlı vəziyyət təşkilatçıları planlarını yenidən nəzərdən keçirməyə məcbur edib. Tamaşaçı qəbulunun yuxarı həddi obyektlərin tutumunun 50 faizidir. Bu nisbət Oyunların başlanğıcındakı faktiki epidemioloji vəziyyətdən asılı olaraq dəyişə bilər.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən yarışların vaxtı bir il sonraya dəyişdirilib və onun bu il iyulun 23-dən avqustun 8-dək təşkili gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.