ELM VƏ TƏHSİL


Peşə təhsil müəssisələrinin əməkdaşlarının vaksinasiyası uğurla davam edir

Bakı, 21 aprel, AZƏRTAC

Peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin COVID-19 əleyhinə vaksinasiya prosesi uğurla davam edir.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə peşə təhsil müəssisələrinin 50 yaşdan yuxarı vaksin olunmuş heyətinin ümumi göstəriciləri 62,2 faizə bərabərdir. Bakı üzrə bu göstərici 60,6 faiz, Sumqayıt üzrə 73,2 faiz, Abşeron rayonu üzrə 73,2 faiz, regionlar üzrə isə 61,9 faiz təşkil edir.

Hazırda Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə vaksinasiya olunmuş peşə təhsil müəssisələrinin heyətinin ümumi göstəricisi 46,1 faiz təşkil edir.

Xatırladaq ki, martın ayının sonundan etibarən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün təhsil işçilərinin vaksinasiya prosesində iştirakı zəruridir. Vaksinasiya prosesinin qısa zamanda yekunlaşması ənənəvi tədrisin bərpasına və həmçinin peşə təhsili almaq istəyənlər üçün daha geniş təhsil imkanlarının yaradılmasına dəstək olacaq.

Peşə Təhsili üzrə Dövlət Agentliyi təhsil işçilərini #TəhsilÜçünVaksinasiya devizi altında birləşərək vaksin olunmağa və ənənəvi təhsilin bərpasına öz töhfələrini verməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.