DÜNYA


Derek Şoven Corc Floydun öldürülməsinə görə ittihamnamənin bütün maddələri üzrə təqsirkar hesab edilib

Vaşinqton, 21 aprel, AZƏRTAC

Andlı iclasçılar məhkəməsi Corc Floydun boynunu dizi ilə sıxmış polis işçisi Derek Şoveni ittihamnamənin bütün bəndləri üzrə təqsirkar hesab edib.

AZƏRTAC xəbər verir ki, on saat davam etmiş müzakirələrdən sonra andlı iclasçıların çıxardığı verdiktə əsasən Şoven ikinci və üçüncü dərəcəli qətl törətməkdə, ehtiyatsızlıq üzündən adam öldürməkdə təqsirkar hesab edilib. Onu məhkəmə zalından qandallanmış halda aparıblar. Məhkəmə araşdırması martın sonunda başlanıb, məhkəmə prosesi təqribən bir ay davam edib.

Xatırladaq ki, 2020-ci il may ayının sonlarında sosial şəbəkələrdə yayılmış videoda ağdərili polis Derek Şovenin Afrika mənşəli amerikalı Corc Floydun boynunu dizi ilə sıxması və bir neçə dəqiqədən sonra Floydun ölməsi aşkar görünürdü. Polis işçisi Floydun nəfəsinin kəsilməsi nəticəsində onun ölməsində təqsirkar hesab edilib. Müttəhim barəsində hökm səkkiz həftədən sonra çıxarılmalıdır. Şoveni 40 ilə qədər həbs cəzası gözləyir. İkinci dərəcəli qətlin törədilməsinə görə, maksimum 12,5 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub, lakin ittiham tərəfi daha sərt hökm çıxarılmasında israrlıdır.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.