DÜNYA


9 may-Qələbə Günü münasibətilə Ukraynada 500-dən çox tədbir keçiriləcək

Kiyev, 8 may, AZƏRTAC

9 may-Qələbə Günü münasibətilə Ukraynada 500-dən çox tədbirin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərin təhlükəsizliyinin təmin edilməsinə hüquq-mühafizə orqanlarının 11 mindən çox heyəti cəlb ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

Məlumata görə, tədbirlərdə 60 mindən çox vətəndaşın iştirakı nəzərdə tutulur. Bu tədbirlərin təhlükəsizliyində 7300 polis, 3 min Milli Qvardiyanın hərbi qulluqçusu, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edəcək.

Xatırladaq ki, Ukraynada İkinci Dünya müharibəsi ilə əlaqəli iki tarix - 8 may Xatirə və Barış Günü, 9 may- Nasizm üzərində Qələbə Günü qeyd olunur.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.