MƏDƏNİYYƏT


Milli Arxiv İdarəsi faşizm üzərində qələbəyə həsr olunmuş virtual sərgini istifadəçilərin ixtiyarına verib

Bakı, 8 may, AZƏRTAC

Milli Arxiv İdarəsi faşizm üzərində qələbənin 76 illiyinə həsr olunmuş “Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı virtual sərgini istifadəçilərin ixtiyarına verib.

İdarədən AZƏRTAC-a bildirilib ki, sərgidə rəşadətli xalqımızın müharibə illərində ön və arxa cəbhədə əzmkar fəaliyyətini özündə əks etdirən sənədlərdən yalnız bir qismi yer alır.

Sərgi Milli Arxiv İdarəsi Dövlət Arxivinin və Dövlət Kino-Foto Sənədləri Arxivinin materialları əsasında hazırlanıb.

Qeyd edək ki, İkinci Dünya müharibəsi zamanı alman faşizminə qarşı 700 minə qədər azərbaycanlı cəbhəyə yollanıb, onlardan 300 minə yaxını həlak olub.

Cəbhələrdə göstərdikləri qəhrəmanlıq və cəsarətə görə 130-dan çox soydaşımız “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, 30 nəfər şərəf ordeni, 170 min əsgər və zabitimiz isə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.