REGİONLAR


Gəncədə 9 May - Qələbə günü qeyd olunub

Gəncə, 9 may, AZƏRTAC

Gəncədə faşizm üzərində Qələbənin 76-cı ildönümü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun Xan bağındakı məzarüstü abidəsini ziyarət edərək önünə çiçəklər düzüblər. Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq, məhdud iştirakçı sayı ilə keçirilən tədbirdə İkinci Dünya müharibəsində, eləcə də Azərbaycanın suverenliyi, istiqlaliyyəti, ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

9 May – Qələbə günü ilə əlaqədar olaraq, həmçinin Gəncədə yaşayan İkinci Dünya müharibəsi iştirakçıları ziyarət olunub, bayram sovqatı verilib.

Qeyd edək ki, bu gün Gəncədə İkinci Dünya müharibəsinin 5 iştirakçısı yaşayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.