ELM VƏ TƏHSİL
BDU-nun Fizika fakültəsində tədbir: Dövrümüzdə faşizmin yeni təzahürləri
Bakı, 9 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə 9 may faşizm üzərində Qələbə Günü ilə əlaqədar “Dövrümüzdə faşizmin yeni təzahürləri” adlı onlayn tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov faşizm ideologiyasının tarixindən, bəşəriyyətə vurduğu zərərlərdən danışıb, II Dünya müharibəsində faşizmin ciddi məğlubiyyətə düçar edilməsinə baxmayaraq, hələ də dünyada bu ideologiyanın daşıyıcılarının qalmaqda olduğunu, yeni formalarda üzə çıxdığını qeyd edib. Buna misal kimi o, “erməniliyi” göstərib, bu ideologiyaya qulluq edənlərin fəaliyyət metodlarının, düşüncələrinin tamamilə faşizm ideologiyası ilə eyni olduğunu bildirib. Sonra THİK sədri Günel Əliyeva, fakültənin tələbələri - Nigar Sofiyeva, Zabitə Məmmədova və Səmayə Fətəliyeva çıxış edərək erməni faşizminin iç üzünü açan faktlar barədə, xalqımıza qarşı törədikləri soyqırımı, insanlıq adına sığmayan cinayətləri haqda danışıblar.
Sonda Səmayə Qasımlının hazırladığı erməni vəhşiliklərini əks etdirən videoçarxlar təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]