REGİONLAR


Sabirabadlı gənclər Həzi Aslanovun abidəsini ziyarət ediblər

Sabirabad, 9 may, Aydın Yavərzadə, AZƏRTAC

Bir qrup sabirabadlı gənc Həzi Aslanovun abidəsini ziyarət edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faşizm üzərində qələbənin 76-cı ildönümü ilə əlaqədar Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə gənclər və mədəniyyət könüllüləri Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun paytaxtda yerləşən məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri düzüb, İkini Dünya müharibəsində həlak olan bütün azərbaycanlıların əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub. Ziyarət zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.