CƏMİYYƏT


DTX Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Bakı, 12 may, AZƏRTAC

"Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin təşkilatçılığı ilə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə birliyin bir qrup üzvü və Milli Məclisin deputatları Rauf Əliyev, Nigar Arpadarai və Arzu Nağıyev iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində iştirakçılar Mədəniyyət Mərkəzində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

Daha sonra açılış nitqi söyləyən “Alyans” İctimai Birliyinin sədri, 86 yaşlı veteran kəşfiyyatçı polkovnik Şamil Süleymanov Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb, o cümlədən onun təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların yetişdirilməsinə və onların peşəkar əməliyyatçı kimi inkişafına göstərdiyi xüsusi qayğısını iştirakçıların diqqətinə çatdırıb.

Çıxışında Ulu Öndərin birbaşa rəhbərliyi ilə keçirilmiş əməliyyat işlərindən də danışan Şamil Süleymanov həmin işlərin bu gün də müstəqil Azərbaycanın mənafeyinə xidmət etdiyini bildirib.

Tədbirdə iştirak edən deputatlar Nigar Arpadarai, Rauf Əliyev və Arzu Nağıyev “Mehdi Hüseynzadə” yubiley medalı ilə təltif olunublar.

Onlar bu medala aktiv və səmərəli ictimai-siyasi fəaliyyətə, dövlətçiliyin və ölkəmizin mənafeyinin hər bir sahədə qorunmasına və həmçinin vətənpərvərliyin və milli dəyərlərin təbliğinə görə layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.