CƏMİYYƏT


Arzu Səmədova: Milli parklarımız tətil günlərində ziyarətçiləri xüsusi proqramlarla qarşılayacaq

Bakı, 12 may, AZƏRTAC

Tətil günlərini Azərbaycanın bütün regionlarını əhatə edən füsunkar təbiət ərazilərində - milli parklarımızda keçirmək daha zövqlü olacaq. Milli parklarımız tətil günlərində ziyarətçiləri xüsusi proqramlarla qarşılayacaq.

Bunu AZƏRTAC-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

Onun sözlərinə görə, parklarda maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub: “Mayın 13,14,15-də paytaxta ən yaxın məsafədə yerləşən Abşeron Milli Parkında da ziyarətçilər təbiət gəzintisi ilə birgə maraqlı tədbirlərin iştirakçısı ola biləcək.

Parkda Ailə Biznesinə Asan Dəstək ( ABAD) publik hüquqi şəxs tərəfindən iaşə xidməti təklif ediləcək, ekoloji cəhətdən zərərsiz nəqliyyat vasitəsi olan elektro-skuterlərin təqdimatı və test sürüşləri təşkil olunacaq. Eyni zamanda, Zirə qəsəbəsində istehsal olunan ekoloji təmiz ərzaq məhsullarının sərgisi və satışı həyata keçiriləcək, uşaqlar və böyüklər üçün tədbirlər, viktorinalar təşkil olunacaq”.

Xidmət rəsmisi hər kəsə bu tətil günlərini ölkəmizin milli parklarında keçirməyi, açıq havada təbiət gözəlliklərindən zövq almağı tövsiyə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.