DÜNYA


Filippinin Qərbi Mindoro əyalətində 5,8 bal gücündə zəlzələ olub

Tokio, 12 may, AZƏRTAC

Mayın 12-də Filippinin Qərbi Mindoro əyalətində 5,8 bal gücümdə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

Yeraltı təkanların episentrinin Abra-de-İloq şəhərində 11 kilometr şimal-qərbdə, ocağının 106 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.