DÜNYA


Türkiyə ordusunun hərbçisi şəhid olub

Ankara, 15 may, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında “Pençe-Yıldırım” antiterror əməliyyatı aparan birlikləri PKK terrorçularının hücumuna məruz qalıb.

AZƏRTAC Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, terrorçularla atışmada müddətdən artıq xidmətdə olan hərbi qulluqçu Yasin Özdamar şəhid olub. Terror aktını törədən iki PKK mənsubu dəqiq aviazərbə ilə məhv edilib. Mərhum hərbçinin cənazəsinin doğulduğu İspartaya gətirildiyi bildirilir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.