DÜNYA
ABŞ hərbi hava qüvvələri Yaponiyaya “Triton” pilotsuz uçan aparatları yerləşdirəcək
Tokio, 15 may, AZƏRTAC
ABŞ hərbi hava qüvvələri ilk dəfə olaraq Yaponiyaya iki ədəd “MQ-4C Triton” pilotsuz uçan aparatının (PUA) yerləşdirilməsi barədə qərara qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə şənbə günü Kyodo agentliyi məlumat yayıb. Qeyd edilir ki, həmin PUA-lar Hönşü adasının şimalında, ABŞ hərbi hava qüvvələrinin Misava hərbi bazasında yerləşdiriləcək.
Yaponiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, bu PUA-lar qonşu dövlətlərin dənizdə artan fəallığını daha dəqiq izləməyə imkan yaradacaq.
Bildirilir ki, Yaponiyada əsas narahatlıq Senkaku (Dyaoyuydao) adaları ətrafında yaranmış vəziyyətlə əlaqədardır. 2012-ci ildə həmin adalar Yaponiya hökuməti tərəfindən fərdi sahibkardan satın alındıqdan sonra Tokio ilə Pekin arasında ərazi mübahisəsi daha da gərginləşib. Bu adalar Yaponiyanın nəzarəti altında olsa da, Çin və Tayvan da onlara iddialıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]