REGİONLAR


Naxçıvanda publisist-politoloq Reyhan Mirzəzadənin yeni kitabları işıq üzü görüb

Naxçıvan, 16 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində publisist-politoloq Reyhan Mirzəzadənin “Böyük şair-vətəndaş” və “Fikrin böyük sənətkarı” kitabları nəşr olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yeni nəşrlər rus ədəbiyyatının dünya şöhrətli yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin və böyük klassiki Nikolay Alekseyeviç Nekrasovun anadan olmasının 200 illiyinə həsr edilib.

“Böyük şair – vətəndaş” kitabında şair, yazıçı-dramaturq, istedadlı ədəbiyyat xadimi N.A.Nekrasovun həyat və yaradıcılığının bugünədək Azərbaycan oxucusuna məlum olmayan məqamları yer alıb. “Fikrin böyük sənətkarı” kitabında isə F.M.Dostoyevskinin həyatı və ona dünya şöhrəti qazandıran povest və romanlarından bəhs olunur.

Yeni nəşrlərdə, həmçinin rus ədəbi tənqidçilərinin, şair və yazıçılarının, alman alimlərinin qiymətli fikirləri də yer alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.