REGİONLAR


Lənkəran Dövlət Dram Teatrının direktoru: Prezidentimizin Sərəncamı bizi daha yaxşı işləməyə sövq edir

Lənkəran, 16 may, Bağır Əliyev, AZƏRTAC

Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə ölkəmizin bir sıra incəsənət xadimləri ilə yanaşı, teatrımızın üç aktyoru - Əməkdar artist Sucəddin Mirzəyev, Qızılgül Quliyeva və Əbülfəz Axundov da Prezident mükafatına layiq görülüblər. Bunu bütün kollektivimizə göstərilən qayğı və diqqət kimi dəyərləndiririk.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov bildirib. Onun sözlərinə görə, dövlətimizin başçısı incəsənət xadimlərini dəfələrlə sevindirib, teatrın maddi-texniki bazasının gücləndirilməsi üçün pul vəsaiti ayırıb, müxtəlif vaxtlarda işçilərə fəxri adlar, Prezident təqaüdü və Prezident mükafatları verib.

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın müdrik rəhbərliyi ilə 30 illik Qarabağ həsrətinə cəmi 44 gün ərzində son qoyuldu. İndi hamımız o müqəddəs torpaqları ziyarət etmək intizarı ilə yaşayırıq. Bizim yaradıcı kollektivimizin də bir arzusu var: Şuşada, Cıdır düzündə tamaşalarımızla çıxış etmək. Bu arzumuzun da gerçəkləşməsinə çox qalmayıb. Biz incəsənət xadimləri daim Azərbaycan Prezidentinin yanındayıq. Yeni Sərəncam isə bizi daha yaxşı işləməyə sövq edir”, - deyə Lənkəran Dövlət Dram Teatrının direktoru T.Heydərov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.