MƏDƏNİYYƏT


Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisinin şərhi ilə bağlı ikicildlik elmi monoqrafiya çap olunub

Bakı, 16 may, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Siracəddin Hacının Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisinin şərhi ilə bağlı ikicildlik elmi monoqrafiyası çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, 1200 səhifəlik bu iki monoqrafiyada Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisində olan “Mərhəmətli və Rəhimli Allahın adı ilə”, “Kərim (Əkrəm) Peyğəmbər haqqında”, “Kitabın yazılma səbəbi”, “Səadətli padşah Əlaəddin Körpə Arslana dua”, “Şaha təzim xitabı”, “Sözə sitayiş, tövsiyə və nəsihət”, “Oğlum Məhəmmədə nəsihət”, “Bəhramın dastanının başlanğıcı”, “Simnarın siması və Xəvərnəq qəsrinin tikilməsi”, “Xəvərnəqin tərifi və Nemanın yoxa çıxması”, “Bəhramın ova çıxması və gurları dağlaması”, “Bəhramın bir oxla şir və guru öldürməsi”, “Bəhramın əjdahanı öldürməsi və xəzinə tapması”, “Bəhramın Xəvərnəqdə yeddi gözəlin şəklini görməsi”, “Atasının vəfatından Bəhramın xəbər tutması”, “Bəhramın İrana qoşun çəkməsi”, “Sözün başlanğıcı”, “İran padşahının Bəhram Gura məktubu”, “Bəhramın iranlılara cavabı” adlı bölmələr beyt-beyt şərh olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.