İQTİSADİYYAT


Faydalı qazıntıların istifadəsi ilə bağlı növbəti hərrac keçirilib

Bakı, 18 may, AZƏRTAC

Yer təkinin istifadəyə verilməsində azad rəqabət mühitini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən hərracların təşkili davam etdirilir.

AZƏRTAC İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə məlumatına istinadla xəbər verir ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraca “Qarasuçay” qum-çınqıl yatağı çıxarılıb. Mayın 17-də keçirilmiş hərracda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “54 saylı Yol İstismarı” MMC LOT-2 üzrə “Qarasuçay” qum-çınqıl yatağından 225 min kubmetr olan yer təki sahəsindən istifadə hüququ qazanıb. Hərracla bağlı İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri və Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət Ekspert Komissiyası yaradılıb. Yaxın zamanlarda növbəti hərracların keçirilməsi planlaşdırılır. Yer təki sahəsində fəaliyyətlə məşğul olmaq istəyən sahibkarlar hərraclarda fəal iştiraka dəvət olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.